Yabancı Öğrenci Sınavı

YÖS və TYS

İlm-Learn Beynəlxalq Təhsil Mərkəzi Türkiyənin YÖS (Yabancı Öğrenci Sınavı) və TYS (Türkçe Yeterlik Sınavı) imtahanlarına onlayn hazırlıq kurslarını təqdim edir!

TYS nədir?

TYS (Türkçe Yeterlik Sınavı), Türkiyə universitetlərində Türk Dilində təhsil almaq istəyən hər bir bakalavr, magistratura və doktorantura namizədinin keçməli olduğu dil imtahanıdır. İmtahan xarici tələbələrin türkcə dil biliyini yoxlayır. Bakalavr səviyyəsində universitetlər bu imtahanı əsasən qeydiyyatdan sonra tətbiq edir və tələbə bir başa olaraq dərsə 1-ci kursdan başlayır. Magistratura səviyyəsində isə əsasən müraciət tarixində TYS sertifikatı tələb olunur.

Qısacası TYS Türkiyədə aşağıdakı kateqoriyaya aid olan hər kəsə lazımdır.

• Attestatla bakalavr təhsili almaq istəyənlərə

• YÖS-lə bakalavr təhsili almaq istəyənlərə 

• Magistr təhsili almaq istəyənlərə 

• Türkiyədə dövlət qurumlarında və bəzi şirkətlərdə işləmək istəyənlərə

• Doktorantura oxumaq istəyənlərə

Qeyd 1:

TYS imtahanından keçməyən tələbə mütləq bir il TYS üzrə hazırlıq oxumalıdır.Bu həm vaxt itkisi, həmçinin də pul itkisidir

Qeyd 2:

YÖS-lə qəbul aparan universitetlərdə TYS  balları 65-70-dən başlayır.

Attestatla qəbul aparılan universitetlərdə keçid balları 55-60-dan başlayır. 

Qeyd 3:

Türkçe Yeterlilik Sınavı zamanı sizin biliyiniz 6 səviyyədə qiymətləndirilir. Bu səviyyələr aşağıdakılardır.

• A1 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir)                                     

• A2 – Başarısız – (Bu nəticə heç bir universitetdə qəbul edilmir) 

• B1 – Başarılı – (Bu nəticəni bəzi universitetlər qəbul edir) 

• B2(55-70) – Başarılı – (Bu nəticəni birçox universitetlər qəbul edir) 

• C1(71-88) – Başarılı – (Bu nəticəni demək olarki 95% universitetlər qəbul edir) 

• C2(89-100) -Başarılı – (Bu nəticə tamami ilə keçərlidir)

Əgər siz Türkçe yeterlilik sınavına girirsinizsə istənilən halda yuxarıda sadalanan 6 səviyyədən birinə aid biliyiniz olduğuna dair sizə sertfikat veriləcəkdir.

Course