Müəllimlər

Teacher
Nargül Qurbanova
Təhsil eksperti

Təvəllüd: 05.06.1980
İş yeri:244 nömrəli tam orta məktəb
            ADPU, İLM LEarn, TİPİM, ƏTM
Elmi dərəcəsi: Riyaziyyat üzrə fəlsəfə doktoru
İs təcrübəsi:21 il
Keçdiyi təlimlər:
Həmkardan həmkara dəstək
Şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirən strategiyalar

 

Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə bitirmişdir. 2001-ci ildən Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbdə riyaziyyat fənnini tədris edir. Dəfələrlə göstərdiyi nailiyyətlərə görə sertifikat və vəsiqələr almışdır. 2010-cu ildə Qafqaz Universitetinin magistratura və doktorantura şöbəsində “Diferensial tənlikər” ixtisasına qəbul olmuşdur və 2012-ci ildə həmin Universiteti bitirmişdir. 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutnun doktorantura şöbəsində “Diferensial tənliklər” ixtisasına qəbul olmuşdur. ADPU-da  müəllim kimi də fəaliyyət göstərən Nargül xanım həm də təlimçi müəllim kimi də fəaliyyət göstərir. Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi (AMEA) olan Nargül xanımın bir neçə tezis və məqalələri çapdan çıxmışdır. "Sərhəd şərtlərinə operator və spektral parametr daxil olan operator diferensial tənliklərin tədqiqi" mövzusundakı dissertasiya işinə aid elmi məqalələr və ədəbiyyatlar da yazmışdır.

Riyyaziyyat fənni məzmunu üzrə Respublikamınız müxtəlif  bölgələrində və Bakı şəhərində ixtisas artıma təlimlərinin, sertifikasiya və situasiya tapşırıqlarının tədrisi metodikası ilə bağlı təlimlərdə müvəffəqiyyətlə təlimçi işləmişdir.

 

Modul:  İxtisas sahəsi üzrə təlim

Proqramın adı: Şagirdlərin riyazi-məntiqi təfəkkürünü inkişaf etdirən strategiyalar.

Dinləyici kateqoriyası – Ümumi orta və tam orta təhsil səviyyəsində riyaziyyat  fənnini tədris edən müəllimlər

 

  1. Riyaziyyat  fənninin tədrisinə  qoyulan  müasir tələblər.Fənnin məqsəd və vəzifələri.  Fənnin məzmunu. Məzmun standartı. Bilik və fəaliyyət komponentləri.

  2. Şagirdlərdə riyazi duyumu, tənqidi və məntiqi təfəkkürü inkişaf etdirməyin forma və üsulları

  3. Riyazi-məntiqi məsələnin həll alqoritmi

  4. Məntiqi riyazi məsələnin tipləri

  5. Məntiqi riyazi məsələnin formaları

  6. Şagirdlərin məntiqi və tənqidi təfəkkürünü inkişaf etdirən tapşırıqların hazırlanması

  7. Riyazi məntiq məsələlərinin tərtibinə qoyulan əsas  tələblər və tapşırıqların keyfiyyətlilik dərəcəsini müəyyənləşdirən meyarlar 

  8. Riyazi məntiq məsələlərinin tərtib olunma mexanizmləri və təhlili

  9. Artıq şərtli, kafi şərtli və əskik şərtli məsələlər və onların inkişaf etdirdikləri bacarıqların təhlili.

  10. Təlimin ümumi refleksiyası.